AZ

Putini hədələdi: Moskvadan dərhal cavab gəldi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Almaniya kansleri Fridrix Merzin təhdidləri bizim üçün əhəmiyyətli deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa deyib.

“Biz Merzin nasist bəyanatlarını dəfələrlə eşitmişik. Onun açıqlamalarına, sanksiyalarla hədələnməsinə fikir vermirik”, – deputat bildirib.

Çepanın sözlərinə görə, Rusiya artıq bu cür hədələrə öyrəşib.

Bundan əvvəl Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın gələcəkdə görüşməyəcəyi təqdirdə Moskvaya qarşı sanksiyaları sərtləşdirəcəyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr