AZ

Bu xəstəxanalara yeni direktorlar təyin EDİLİB-FOTO

Yazını böyüt
Yazını kiçilt

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına Bahadır Əhmədov, Göyçay Rayon Mərkəzi Xəstəxanasına Zahir Əliyev rəhbərlik edəcək.

"Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru O.Əmənullayev ixtisasca terapevtdir, yeni təyinatınadək Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru B.Əhmədov ixtisasca pediatrdır və yeni təyinatına qədər TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Səfərbərlik məsələləri üzrə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində fəaliyyət göstərib.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Z.Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb",- deyə əlavə edilib.

Eyni zamanda Talıb Məmmədov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub. İxtisasca cərrah olan T.Məmmədov yeni təyinatına qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

TƏBİB-in
TƏBİB-in
TƏBİB-in
TƏBİB-in
 
Seçilən
12
45
hafta.az

10Mənbələr