AZ

"Azərbaycanda ən bahalı parkinqdir, 4 saatı 10 manat" - FOTO

Abşeron rayonunun Xırdalan şəhərində yaradılan parkinq qiymətlərin yüksək olması ilə diqqət çəkib.

Bu barədə Ölkə.Az-a Xırdalan şəhər sakini məlumat verib.

Onun sözlərinə görə, sözügedən parkinq Xırdalanda polis idarəsinin yanında yerləşən "Araz" marketin qarşısındadır.

Şikayətçi bildirib ki, avtomobilini 4 saatlıq marketə məxsus parkinqdə saxlayıb.

Bu müddətə görə, 10 manat parkinq ödənişinin yazılması sürücünü mənfi mənada təəccübləndirib.

Bakı şəhərində “Azparkinq” parklanma məntəqələrində 1 saat üçün ödəniş 1 manat, “mall”lardakı dayanacaqlarda isə 2 manat təşkil edir. “Mall”ların parkinqində avtomobili 3-5 saat aralığında saxladıqda isə parkinq qiyməti 8 manatdır.

Sürücü parkinqin Bakıdakı dayanma məntəqələri ilə müqayisədə "ən baha" adlandırıb.

Qeyd edək ki, Bakıda və Abşeronda fəaliyyət göstərən bir sıra böyük marketlərin özlərinə məxsus parkinq yerləri var və qiymət mülk sahibi tərəfindən tənzimlənir. Belə pakinqlərdə əsasən, müştərilər üçün ilk 2 saat ödənişsizdir.

Seçilən
0
1
olke.az

2Mənbələr