1995-ci ildən 2025-ci ilin mart ayınadək olan dövrdə ABŞ-dan Azərbaycana ümumilikdə 18,9 milyard ABŞ dolları investisiya qoyulub.
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“O cümlədən neft-qaz sektoruna investisiyalar 17,4 milyard, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard ABŞ dolları təşkil edib”, – deyə nazir əlavə edib.