Kanal D-də yayımlanan “Uzak Şehir” serialında Kaya obrazı ilə tanınan məşhur aktyor Atakan Özkayanın atası vəfat edib.
Bizim.Media xəbər verir ki, aktyorun atası Mustafa Özkaya 63 yaşında infarktdan dünyasını dəyişib.
Kədərli xəbəri sosial şəbəkə hesabında paylaşan Atakan Özkaya izləyicilərinə müraciət edərək yazıb:
“Əziz atamız Mustafa Özkaya vəfat etdi. Cənazəsi sabah (şənbə) günorta namazında Maltəpə Mərkəz Məscidində qılınacaq və Başıbüyük qəbiristanlığında torpağa tapşırılacaq. Bu, sevdiklərinə elandır. Əlvida, atam...”
Atası ilə vida mərasimində aktyor göz yaşlarını saxlaya bilməyib. Onun yanında həm ailəsi, həm də “Uzak Şehir” serialındakı rol yoldaşları olub. (News24.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta