AZ

Qazaxıstanda təqribən 150 qədim kurqan aşkarlanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astana, 26 avqust, AZƏRTAC

Qərbi Qazaxıstan vilayətində 150-yə yaxın kurqanın - qədim antik dövrün abidələri olan qəbir təpələrinin yerləşdiyi unikal arxeoloji məkan aşkarlanıb.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, kurqanlardan biri öz ölçüsü ilə heyran edir: onun xəndəyinin eni 140 metrə çatır. Arxeoloqların fikrincə, burada xüsusi statusa malik insan dəfn oluna bilərdi. İlkin məlumatlara görə, məskunlaşma hələ erkən Dəmir dövründə mövcud olub.

Kurqanların forması da qeyri-adidir: onların arasında təkcə düzbucaqlılar deyil, həm də halqavarı olanlar, həmçinin iki halqadan düzəldilmiş də var. Belə məzarlıqlar unikaldır və bölgənin tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
azertag.az

4Mənbələr