AZ

MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artdı

Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı artıb.

Bakı Şəhər Halqasından Operativ Media-ya verilən məlumata görə, yarışlara 10 ölkədən 1605 idmançı və 2330 nümayəndə qatılacaq.

Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti isə 6 idmançının təmsil edəcəyi dəqiqləşib.

MDB Oyunları bu il sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Seçilən
15
1
operativmedia.az

10Mənbələr