AZ

“Nəsimi ilə Cavidi müqayisə etmək lazım deyil” - Millət vəkili

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının ölkəmizə köçürülməsi barədə danışarkən deyib.

Millət vəkili xatırladıb ki, Nəsiminin məzarını 1968-ci ilin noyabrında Hələbə səfər etmiş Rəsul Rza aşkar edib. Yəni 600 ilHələb şəhəri Azərbaycan şairinin məzarını ehtiramla qorumuşdu. Məzarın yaxınlığından keçən küçə də Nəsiminin adını daşıyırdı.

“Eyni sözləri Füzulinin Kərbəladakı məzarına da aid etmək olar və bunu heç bir halda Hüseyn Cavidin qərib məzarının tapılıb vətənə gətirilməsi ilə müqayisə etmək mümkün deyil. Cavid sovet hökuməti tərəfindən həbs olunub sürgün edilmiş və sürgündə də dünyasını dəyişmişdi. Ümummilli lider Heydər Əliyev elə həmin rejimin mövcud olduğu dönəmdə bu tarixi addımı atdı. Cavidin adsız-ünvansız məzarını həbs düşərgəsinin məzarlığından tapıb vətənə gətirdi. Ümummilli liderin bu hərəkəti bütün dünyada əks-səda verdi. Dünyaya isbat olundu ki, SSRİ burada yaşayan xalqların vahid vətəni deyil. Nəsiminin yaşadığı dövrdə isəərəb torpaqlarında hakim qüvvə türklər olub. İstər Məmlüklü dövləti, istər Osmanlı və s. Hələbdə Nəsiminin nəslinin nümayəndələri indi də Nəsimi baba soyadı ilə yaşayırlar. 1968-ci ildə Rəsul Rzanı Nəsimi məzarının ziyarətinə “zahirən şirvanlıya bənzəyən” Hikmət Nəsimi adlı bir nəfər aparmışdı. Və məzar Nəsimilərin ailə məzarlığındaydı. Heykəli Bakıdadır. Bəzi əlyazmaları İstanbulda, məzarı isə Hələbdə. Nəsimi dünyası 600 ildir ki, hər üç ünvanda bərqərardır”,- E.Akimova fikrini ifadə edib.


Seçilən
4
2
azvision.az

6Mənbələr