Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Fənərbaxça" “Fulhem”in futbolçusu Andreas Pereyranı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça" futbolçu üçün təklif göndərib. “Globo Esporte”də yer alan xəbərə görə, “Marsel” və “Palmeyras” klubları da futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, Türkiyə nəhəngi futbolçu üçün “Fulhem”ə 10 milyon avro təklif edib. “Fulhem” bu təklifə razılıq verməyib. Bildirilir ki, İngilis klubu braziliyalı futbolçu üçün daha yüksək məbləğ tələb edir.
Qeyd edək ki, Andreas Pereyra Braziliya millisində də forma geyinib. Yarımmüdafiəçi bir neçə mövqedə oynaya bilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.