Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kürdəmirdə ağır yol qəzası baş verib.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.“Mercedes” markalı avtomobil hərəkətdə olarkən “Chevrolet” markalı avtomobillə toqquşub.Nəticədə “Mercedes”in sürücüsü 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.
Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.