AZ

"Qarabağ" kolumbiyalı futbolçunun transferini açıqlayıb

"Qarabağ" daha bir futbolçunun transferini reallaşdırıb.

“İki sahil” xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub.

23 yaşlı kolumbiyalı ilə 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Qeyd edək ki, Ağdam təmsilçisi bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.

Seçilən
25
15
ikisahil.az

10Mənbələr