AZ

430 işıq ili uzaqlıqda yeni planet kəşf edildi

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yerdən təxminən 430 işıq ili uzaqlıqda yeni planet aşkar edilib.

Metbuat.az xəbər verir ki, Yupiterə bənzəyən yeni planet Hollandiyanın Leiden universiteti, İrlandiyanın Qaluey universiteti və ABŞ-nin Arizona universitetinin alimlərinin rəhbərlik etdiyi birgə araşdırma nəticəsində kəşf edilib. Astronomlar yeni planeti Çilinin Atakama səhrasındakı Avropa Cənub Rəsədxanasının böyük teleskopundan istifadə edərək kəşf ediblər. Astronomlar hesab edirlər ki, "WISPIT 2b" adlı planet Yerdən təxminən 430 işıq ili uzaqdadır və qazdan ibarət olan ölçüsü Yupiter qədərdir. Yeni planetin təxminən beş milyon yaşı olduğu irəli sürülüb.

Araşdırmanın nəticələri “Astrophysical Journal Letters”də dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
3
metbuat.az

6Mənbələr