AZ

KİV: Qrossinin mühafizəsi gücləndirildi

BAKI, 27 avqust. TELEQRAF

Avstriya hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossiyə qarşı İranla əlaqəli şəxslər tərəfindən təhdid olduğunu əks etdirən kəşfiyyat məlumatlarına malikdir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, AEBA-nın qərargahı Vyanada yerləşir.

Qrossiyə qarşı hər hansı üçüncü tərəfdən təhdid barədə məlumat aldıqdan sonra Avstriya hakimiyyəti onu gücləndirilmiş 24 saatlıq mühafizə altına almağa qərar verib. İyun ayının sonunda agentlik rəhbərinin mühafizəsi üçün Avstriya Daxili İşlər Nazirliyinin "Kobra" xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ayrılıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr