Tanınmış jurnalist, Oxu.az-ın redaktoru Rüstəm Qaraxanlı dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.
1978-ci il təvəllüdlü R.Qaraxanlının ötən gün axşam saatlarında səhhətində qəfil yaranan problemdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, o, bir sıra mətbu orqanlarda köşə yazarı kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!