AZ

KİV: AEBA hələlik ABŞ və İsrailin zərbə endirdiyi İran obyektlərini yoxlamayacaq

BAKI, 27 avqust. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hələlik İsrail və ABŞ-nin zərbələri nəticəsində zədələnmiş İranın nüvə obyektlərində yoxlamalar keçirməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər hələ yekun razılaşmaya nail olmayıblar, lakin diplomatlar onun bağlanmasını gözləyirlər. Müzakirə olunan sazişin şərtlərinə görə, AEBA-nın yoxlamaları hələlik yalnız İranın zərbələrə məruz qalmayan nüvə obyektlərini əhatə edəcək.

Xatırladaq ki, daha əvvəl AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin ilk müfəttiş qrupunun İrana qayıtdığını və nüvə obyektlərində işi bərpa etməyə hazırlaşdığını açıqlamışdı.

Seçilən
24
teleqraf.com

1Mənbələr