Rusiyalı bloqer Mixail Litvin orta çəki dərəcəsində UFC çempionu Hamzat Çimayevə bahalı hədiyyə verib.
Bakues.az xəbər verir ki, çeçen döyüşçüyə 1980-ci il istehsalı olan “Rolls-Royce” avtomobili bağışlanılıb.
Avtomobilin dəyərinin 150 min manata yaxın olduğu bildirilir.
Qeyd edək ki, Hamzat Çimayev avqustun 17-də keçirilən “UFC 319” turnirinin əsas döyüşündə Drikus dü Plessisi məğlub edərək orta çəkidə çempion olub.