AZ

“Starship” onuncu sınaq uçuşunu uğurla başa çatdırdı

BAKI, 27 avqust. TELEQRAF

ABŞ-nin “SpaceX” şirkəti “Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin onuncu sınaq buraxılışını həyata keçirib.

Teleqraf xəbər verir ki, sınaq təşkilatın “X” sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb.

Bu uçuş zamanı “SpaceX” ilk dəfə olaraq “Starship”in yük bölməsindən “Starlink” rabitə sisteminin səkkiz peyk simulyatorunu çıxara bilib. Əvvəllər bu tapşırığı texniki problemlər səbəbindən həyata keçirmək mümkün olmamışdı.

Xatırladaq ki, “Starship” prototipinin yanvar, mart və mayda həyata keçirilən əvvəlki üç buraxılışı uğursuzluqla nəticələnib.

Seçilən
40
teleqraf.com

1Mənbələr