AZ

İlk dəfə donuzun ağciyəri insana transplantasiya edildi

Çinli alimlər ilk dəfə transgen donuzun, yəni, hüceyrələri immun sistem tərəfindən kəskin reaksiya yaratmayan donuzun ağciyərini klinik ölüm vəziyyətində olan xəstəyə transplantasiya ediblər. Yeni orqan dərhal rədd edilmə reaksiyası yaratmayıb. Bu da transgen heyvanlardan donor ağciyərlərin hazırlanmasının mümkünlüyünü göstərir.

Publika.az xəbər verir ki, bu barədə alimlər “ Nature Medicine” jurnalında yazıblar.

“Transgen donuzların ağciyərləri əvvəllər heç vaxt insana transplantasiya edilməyib, ona görə də immunitetin bu prosedura necə reaksiya verəcəyinə dair məlumatımız yox idi və kəskin rədd reaksiyasının baş verib-verməyəcəyi bilinmirdi. Biz bu eksperimentə ilk dəfə başladıq və göstərdik ki, transplantasiya olunmuş ağciyər 216 saatdan artıq müddət ərzində canlı və funksional qaldı”, – məlumatda qeyd olunur.

Eksperiment Çinin Quançjou Tibb Universitetinin professoru He Czyansinin rəhbərliyi altında həkimlər və bioloqlar qrupu tərəfindən aparılıb. Onların elmi komandası bir neçə ildir transplantasiya zamanı insan immuniteti tərəfindən rədd edilməyən transgen donuzların yetişdirilməsi üzərində çalışır.

Bunun üçün alimlər CRISPR/Cas9 genom redaktoru vasitəsilə kəskin immun reaksiyaya səbəb olan bir neçə antigeni çıxarıb və insanın “özünkü-başqası” tanıma siqnallarını yaradan DNT seqmentlərini donuz genomuna əlavə ediblər. Bu donuzlardan birinin ağciyəri 39 yaşlı, insult keçirmiş və klinik ölüm vəziyyətində olan kişiyə transplantasiya edilib.

Seçilən
44
2
publika.az

3Mənbələr