Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, Neftçilər prospekti, 83 ünvanında 2004-cü il təvəllüdlü Əlvan Heybət oğlu İsmayılov idarə etdiyi "Hongqi" markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Fuad oğlu Zeynalzadəni vurub.
Motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.