AZ

Vaşinqtonda imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan-ABŞ münasibətlərini ciddi şəkildə pisləşdirər - Azərbaycan Prezidenti

Güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları (Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan – red.) poza bilər.SİAxəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində səsləndirib.

“Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər.

Seçilən
14
12
sia.az

10Mənbələr