AZ

TƏBİB: Kəlbəcərdə qaz borusunun partlaması nəticəsində xəsarət alanların vəziyyəti orta ağırdır YENİLƏNİB

Avqustun 27-də saat 05:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi davam etdirilir.

00:08

Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində qaz borusu partlayıb.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə qaz təchizatının yoxlanışı zamanı baş verib. Yoxlanış zamanı üç məsul şəxs və bir nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
10
4
azerbaijan-news.az

6Mənbələr