Bakı. Trend:
Azərbaycanda yaxın vaxtlarda 100-ə yaxın çin dilində danışabilən peşəkar bələdçi hazırlanacaq.
Trend xəbərverir ki, bunu Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini RəşadƏliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən çin dilifakültələrinin tələbələri və məzunları ilə danışıqlar aparılır:“Onları xüsusi təlim proqramına cəlb edəcəyik. Bundan əlavə, Çindili kursları təşkil olunacaq və bu kurslar vasitəsilə bələdçilərinpeşəkar hazırlığı təmin ediləcək”.
R. Əliyev vurğulayıb ki, artıq təlim proqramının hazırlanmasınabaşlanılıb. Proqram çərçivəsində bələdçilərə çinli turistlərindavranış xüsusiyyətləri, gözləntiləri və xidmət standartları barədəpraktiki biliklər öyrədiləcək. Kursu uğurla başa vuraniştirakçılara rəsmi sertifikat təqdim olunacaq.
O əlavə edib ki, layihənin əsas məqsədi Azərbaycana gələn çinlituristlərin daha rahat və keyfiyyətli xidmətlə təmin edilməsidir:“Çin bazarı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.Turistlərin sayındakı artımı nəzərə alaraq, bu istiqamətdə hazırlıqişlərini genişləndiririk”.