AZ

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Xocalı rayonunun Ballıca kəndinə qayıdan keçmiş məcburi köçkünlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmaları üçün yeni imkanlar yaradılır. Artıq kənd sakinlərinə əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi başlanıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərin elektron müraciətlıri əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maarifləndirici təlimlər keçirilib.

Onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib. Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim olunub.Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.

Çıxış edənlər bildiriblər ki, Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək.

Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər.

Qeyd edək ki, bugünədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
23
azpost.info

10Mənbələr