AZ

Rövnəq Abdullayevin kürəkəninin bankı daha bir qərar verdi - Keşbek faziləri azaldılıb, bəzilərində isə...

Azərbaycanda bəzi bankların müştəriləri cəlb etmək üçün əvvəlcə yüksək keşbek faizləri və sərfəli şərtlər təklif edib, daha sonra isə bu üstünlükləri kəskin şəkildə azaltması artıq tendensiyaya çevrilib. Artıq bir çox banklarda keşbek faziləri azaldılıb, bəzilərində ümumiyyətlə ləğv edilib.

Mia.az-ın Modern.az-a istinadla məlumatına görə, keşbek faizlərini azaldan banklara "RabitəBank" da qoşulub.

Mia.az məlumat üçün onu bildirir ki, “Rabitəbank” ASC-nin səhmlərinin 40,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsusdur.

Xatırladaq ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin qızının əridir.

Seçilən
80
mia.az

1Mənbələr