AZ

Azərbaycandan alma, armud və heyva ixracı 53,6% artıb

Bakı. Trend:

Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracındaartım dinamikası davam edir.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatındadeyilir.

Bildirilib ki, bu ilin ilk yeddi ayı ərzində ölkəmizdən 58,941.5ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiqdövrü ilə müqayisədə 53,6% artıqdır.

"İxrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artımmüşahidə olunur.

Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud vəheyvanın ümumi dəyəri 41,647.7 min dollar təşkil edib.

Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları iləmüqayisədə 62,9% artıqdır".

Seçilən
65
5
az.trend.az

8Mənbələr