Bakı. Trend:
Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğınhadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyənedilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilibki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindəntörədildiyi məlum olub.
Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.