Bakı, 27 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda təşkil olunan dünya çempionatının qrup mərhələsində son oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, "ay-ulduzlular" E qrupundakı üçüncü matçında Kanada seçməsi ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
İlk iki turda İspaniya və Bolqarıstanı da eyni hesabla məğlub edən Türkiyə yığması 1/8 finala maksimum nəticə ilə adlayıb.
Komanda 1/4 finala gedən yolda Sloveniya yığmasını sınağa çəkəcək.