AZ

I, II, III qrup üzrə boş qalan plan yerləri - Hər iki bölmə üzrə SİYAHI

2025-2025-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 88 min 756 abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər tələbə adını qazanıb.

Bu nəticələr göstərir ki, abituriyentlərin təxminən 65 faizi ali məktəblərə qəbul olunub.

Qalan abituriyentlər isə ya kifayət qədər bal toplaya bilməyib, ya da seçdikləri ixtisaslarda yerlər məhdud olduğuna görə qəbul imkanı qazanmayıblar.

Həmin şəxslərə ikinci şans verilir və onlar boş qalan ixtisas yerlərinə seçim edə biləcəklər.

Maraqlıdır, universitetlərdə ixtisas qrupları üzrə nə qədər boş plan yeri qalıb?

Boş qalan plan yerlərinə əsasən, I ixtisas qrupunda ən çox boş qalan plan yerləri Azərbaycan bölməsi üzrə Azərbaycan Texniki Universitetinin (247) payına düşür, rus bölməsi üzrə eyni universitetdə (92) ən çox boş yer qalıb.

II ixtisas qrupunda həm Azərbaycan, həm də rus bölməsi üzrə ən çox boş plan yerləri Xəzər Universitetinə aiddir, Azərbaycan bölməsi üçün 26, rus bölməsi üçün də 26 yer.

III ixtisas qrupunda isə Azərbaycan bölməsində vəziyyət bir qədər gərgindir. Bu qrupda Azərbaycan Dillər Universitetində cəmi 7 boş yer qalıb. Adıçəkilən qrupda Rus bölməsi üzrə ən çox yer Bakı Slavyan Universitetində (39) ayrılıb.

AzEdu.az boş qalan plan yerlərini həm Azərbaycan, həm də Rus bölmələri üzrə təqdim edir.

I qrupda boş qalan plan yerləri:

Azərbaycan Texniki Universiteti  - Azərbaycan bölməsi - 247 ; Rus bölməsi - 92

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Azərbaycan bölməsi - 230 ; Rus bölməsi - 11

Bakı Mühəndislik Universiteti - Azərbaycan bölməsi - 113 ; Rus bölməsi - 38

Sumqayıt Dövlət Universiteti - Azərbaycan bölməsi - 87 ; Rus bölməsi - 17

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 73

Azərbaycan Dövlət İqtisad Universiteti - 2

Milli Aviasiya Akademiyası -  Azərbaycan bölməsi - 4 ; Rus bölməsi - 2

Bakı Dövlət Universiteti - Azərbaycan bölməsi - 64 ; Rus bölməsi - 45

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti - Azərbaycan bölməsi - 46 ; Rus bölməsi - 9

Mingəçevir Dövlət Universiteti - 52

Gəncə Dövlət Universiteti - 19

Naxçıvan Dövlət Universiteti -  Azərbaycan bölməsi - 41; Rus bölməsi - 7

Naxçıvan Müəllimlər İnstitutu - 24

Azərbaycan Texnologiya Universiteti (Gəncə) - Azərbaycan bölməsi - 36 ; Rus bölməsi - 17

Xəzər Universiteti - Azərbaycan bölməsi - 32 ; Rus bölməsi - 65

Lənkəran Dövlət Universiteti - 37

Qərbi Kaspi Universiteti - Azərbaycan bölməsi - 32 ; Rus bölməsi - 32

ADA Universiteti -  Azərbaycan bölməsi - 29 ; Rus bölməsi - 29                                       

Azərbaycan Dövlət Dəniz Akademiyası - Rus bölməsi - 7

II qrupda boş qalan plan yerləri:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı - 6

Milli Aviasiya Akademiyası - Azərbaycan bölməsi - 4 ; Rus bölməsi - 4

Azərbaycan Dövlət Aqrar Universiteti - Azərbaycan bölməsi - 7 ; Rus bölməsi - 7

Azərbaycan Texnologiya Universiteti -  Azərbaycan bölməsi - 19; Rus bölməsi (Gəncə filialı) - 15

Lənkəran Dövlət Universiteti - 22

Azərbaycan Koopersasiya Universiteti - 17

“Azərbaycan” Universiteti - 7

Xəzər Universiteti -  Azərbaycan bölməsi - 26 ; Rus bölməsi - 26

Bakı Qızlar Universiteti - 22           

Bakı Dövlət Universiteti - Rus bölməsi - 7

III qrupda boş qalan plan yerləri:

Azərbaycan Dillər Universiteti - 7   Azərbaycan bölməsi   

Azərbaycan Dövlət Pedoqoji Universiteti -  Rus bölməsi - 9

Azərbaycan Dillər Universiteti - Rus bölməsi - 4                                                                                                   

Bakı Slavyan Universiteti - Rus bölməsi - 39

Seçilən
26
1
azedu.az

2Mənbələr