AZ

Tramp: Soros mühakimə olunmalıdır

BAKI, 27 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp amerikalı maliyyəçi və milyarder Corc Soros və oğlunu Birləşmiş Ştatlarda zorakı hərəkətləri dəstəklədiklərinə görə mühakimə etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Corc Soros və onun radikal solçu radikal oğlu Birləşmiş Ştatlarda zorakı etirazlara dəstək verdikləri üçün Riko Qanunu ilə ittiham edilməlidir”, - Tramp bildirib.

Ağ Ev rəhbəri vurğulayıb ki, artıq dəlilərə Amerikanı parçalamasına, nəfəs almaq və azad olmaq şansı vermək mümkün deyil: “Soros və onun psixopat qrupu ölkəmizə çox böyük ziyan vurub”.

ABŞ lideri milyarderin dostlarını da diqqətli olmağa çağırıb: “Çünki ABŞ hökuməti sizi izləyir”.

Xatırladaq ki, Riko Qanunu cinayət onlardan biri tərəfindən törədildikdə, cinayətkar qrupun bütün üzvləri üçün cinayət məsuliyyətini nəzərdə tutur.

Seçilən
77
teleqraf.com

1Mənbələr