AZ

Qaynaq edən kişi bir hektar əkin sahəsini məhv etdi

Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Sitat.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Nəticədə bir hektar biçilmiş əkin sahəsi yanıb.

E.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
15
5
sitat.info

6Mənbələr