Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbi və kilsədə baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.
APA xəbər verir ki, atışma uşaq bağçasının 8-ci siniflərində oxuyan uşaqlar üçün təşkil olunan dini ritual zamanı baş verib.
Şahidlərin sözlərinə görə, atıcı tüfənglə atəş açıb, sonra isə özünü öldürüb. Xəsarət alanlar arasında ən azı 5 uşaq da olub və onlar Minnesota Uşaq Xəstəxanasına aparılıb.
***
18:59
ABŞ-ın Minnesota ştatında Minneapolis şəhərində katolik məktəbində atışma baş verib.
APA CNN-ə istinadən xəbər verir ki, atəş açan şəxs saxlanılıb və hazırda heç bir təhlükə yoxdur.
"CBS" kanalına verilən məlumata görə 20 nəfər hadisə nəticəsində xəsarət alıb
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun hadisə yerinə göndərildiyini bildirib.
Tramp vəziyyətin nəzarətə götürüldüyünü bildirib.
Məsələ ilə bağlı əlavə detalları açıqlanacağı gözlənilir.