Bakı, 27 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 12-ci dəqiqəsində rəqibin heyətində Lenni Jozef fərqlənib.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
20:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.