Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbinə silahlı hücum olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Minnesota qubernatoru Tim Vals bildirib ki, "Annunciation Catholic School"a hücumdan dəhşətə gəlib: "Mən bu dəhşətli zorakılıq aktından şokdayam. Məktəbin ilk həftəsində bu qorxunc hadisədən sonra uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm"
Mer deyib ki, hücumzamanı 8 və 10 yaşlı iki .agird də ölüb: "Hadisəni törədən şəxs məktəbi gülləbaran etdikdən sonra intihar edib..."
Lamiyə Əhmədli
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.