AZ

Çempionlar Liqası: Əsas mərhələnin son iştirakçıları bəlli olub, “Fənərbağça” mübarizəni dayandırıb

Bakı, 28 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olub.

Günün ilk matçında “Qarabağ” Bakıda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edib. Ağdam təmsilçisi rəqibinə 2:3 hesabı ilə məğlub olsa da, səfərdəki qələbə hesabına əsas mərhələyə yüksəlib.

Türkiyənin “Fənərbağça” klubu Portuqaliyada “Benfika”nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatdığı üçün “Fənərbağça” turnirdə mübarizəni dayandırıb.

Bundan başqa, “Brügge” Belçikada Şotlandiyanın “Reyncers” komandasını 6:0, “Kopenhagen” isə Danimarkada İsveçrə “Bazel”ini 2:0 hesabı ilə məğlub edib.

İlk oyun günündə Qazaxıstanın “Kayrat”, Norveçin “Budyo/Qlimt” və Kiprin “Pafos” klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3

İlk oyun - 3:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0

İlk oyun - 0:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) - 2:0

İlk oyun - 1:1

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) - 6:0

İlk oyun - 3:1

Seçilən
24
3
azertag.az

10Mənbələr