Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Heftelik.az xəbər verir ki, Türkiyədə qolsuz heç-heçə edən “Fənərbaxça” Portuqaliyada “Benfika” ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Kerem Aktürkoğlunun 38-ci dəqiqədə vurduğu qolla “Benfika” 1:0 hesablı qələbəyə sevinib və əsas mərhələyə vəsiqə qazanıb.
“Brügge” isə “Reyncers”i 6 cavabsız qolla məğlub etməyi bacarıb – 6:0.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. “Benfika” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə) 1:0
İlk oyun – 0:0
23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə) 2:0
İlk oyun – 1:1
23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya) 6:0
İlk oyun – 3:1