AZ

Mirziyoyev 523 nəfəri əfv etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Müstəqillik Günü ərəfəsində 523 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, sənədə əsasən, əfv olunanlar arasında 8 xarici ölkə vətəndaşı, 45 qadın və 31 nəfər yaşı 60-dan yuxarı olan şəxs var.

Bundan əlavə, prezident biri azyaşlı olmaqla, 30 yaşadək 220 nəfəri və qadağan olunmuş təşkilatlarda iştiraka görə məhkum olunmuş 15 nəfəri əfv edib.

Fərman çərçivəsində prokurorluq və aidiyyəti qurumlar tərəfindən azad edilmiş şəxslərin evə çatdırılması təşkil edilib.

Əcnəbi vətəndaşlar öz vətənlərinə deportasiya ediliblər.

Seçilən
37
2
publika.az

5Mənbələr