AZ

Şahzadə Diananın zaman kapsulundan nə tapılıb?

1991-ci ildə Şahzadə Diana tərəfindən qoyulan zaman kapsulu Londonda planlaşdırılandan bir neçə əsr əvvəl açılıb. Bu barədə The Guardian yazır.

Kapsulda avstraliyalı müğənni Kayli Minouqun kompakt-diski, günəş batareyalı kalkulyator və pasport aşkarlanıb. Uels şahzadəsi bu əşyaları övladları ilə birlikdə 1990-cı illərin həyatını əks etdirmək üçün seçmişdi.

Tapılanlar arasında həmçinin cib televizoru, qar dənəciyinin holoqramı, Diananın fotosu, təkrar emal olunmuş kağız nümunələri, sikkə kolleksiyası, ağac toxumları və The Times qəzetinin buraxılışı olub. Qəzetin ilk səhifəsində sovet seçicilərinə təndir ət paylayan Mixail Qorbaçovun fotosu yerləşdirilmişdi.

Kapsul Böyük Ormond Strit uşaq xəstəxanasının ərazisində yeni onkoloji mərkəzin tikintisi zamanı aşkar olunub.

N.Təbrizli

Seçilən
13
3
anews.az

4Mənbələr