AZ

Rusiya Kiyevi bombaladı - azı 4 nəfər ölüb


Rusiyanın Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib. Şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Kiyevin Darnitski rayonunda ən azı altı obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.

Mətləb

Seçilən
3
6
baki-xeber.com

9Mənbələr