AzVision.az Kiyev şəhər Hərbi Administrasiyasının (KHA) rəhbəri Timur Tkaçenkonun açıqlamasına istinadən xəbər verir ki, həlak olanlar arasında uşaqlar da var.
Ukraynanın Daxili İşlər naziri İqor Klimenko ölənlər arasında iki uşağın olduğunu təsdiqləyib. Klimenko həmçinin qeyd edib ki, beşmərtəbəli binanın dağıntıları altında ən azı üç ölü ola bilər. Nazirin sözlərinə görə, raket beşmərtəbəli binanın 3-4-cü mərtəbələrinə düşüb.
Ukrayna paytaxtının bir neçə rayonu kütləvi aviazərbələrə məruz qalıb. Darnitski rayonunda beşmərtəbəli yaşayış binasına və 16 mərtəbəli binaya ziyan dəyib.
“İlkin məlumata görə, Darnitski rayonunda dağıntılar beşmərtəbəli binanın birinci mərtəbəsindən beşinci mərtəbəsinə qədər olub”,- Kiyevin meri Vitali Kliçko deyib.
Şəxsi yaşayış binasına və uşaq bağçasına da ziyan dəyib. Kiyevin digər ərazilərində isə 25 mərtəbəli yaşayış binası, bir neçə inzibati bina və fərdi yaşayış binası atəşə tutulub.
Kiyevdə hava hücumu xəbərdarlığı hələ dünən axşam saatlarında elan olunub və gecə ərzindəatəşlər davam edib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, şəhər pilotsuz təyyarələr, qanadlı raketlər və ballistik raketlərlə hücuma məruz qalıb.
Hakimiyyət orqanları hələ ki, hücumun nəticələri barədə tam məlumat verməyiblər.
- Hücumda bir neçə növ silahdan istifadə edilib:“Şahedlər”, “Xəncərlər”, ballistik raketlər, qanadlı raketlər”,- KHA-nın rəhbəri Timur Tkaçenko öz telegram-kanalında yazıb.
Zərbələr Darnitski, Dneprovski, Solomenski, Şevçenkovski, Qoloseyevski, Obolonski və Desnyanski rayonlarının 20-dən çox yerində qeydə alınıb. Yaşayış binalarına, inzibati binalara və çoxlu avtomobillərə ziyan dəyib.
Kiyevin atəşə tutulması ilə bağlı Rusiya tərəfdən hələlik rəsmi açıqlama verilməyib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta