AZ

Partlayışda yanan şəxs xəstəxanada öldü - FOTO

Ağcabədidə partlayış zamanı ağır xəsarət alan şəxs ölüb.

Gundem.az xəbər verir ki, hadisə avqustun 21-də rayonun Avaşar kəndi ərazisində yerləşən maye qaz doldurma məntəqəsində qeydə alınıb.

Partlayış zamanı ağır yanıq xəsarəti alan 1979-cu il təvəllüdlü Ruslan Qurbanov xəstəxanada vəfat edib. 

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 21 avqust saat 19:30 radələrində 1 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif növ yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmətlər göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. 

Vəziyyəti ağır qiymətləndirilən şəxsə bədənin 85 %-nin II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Aparılan bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq avqustun 27-si saat 15:00-da ölüm faktı qeydə alınıb”.

 

Seçilən
20
4
gundem.az

6Mənbələr