AZ

Türkiyə ilə Azərbaycan arasında ortaq yol xəritəsi müzakirə edildi

BAKI, 18 avqust. TELEQRAF

Azərbaycan-Türkiyə arasında ədəbi fəaliyyətlər və klassik ədəbiyyatımızın
Türkiyədə tanıdılması istiqamətində birgə layihələr reallaşdırılacaq.

Bu barədə Teleqraf-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Mərkəz ilə Avrasiya Yazarlar Birliyi ədəbiyyatımızın tanıdılması ilə əlaqədar Türkiyənin aparıcı elmi müəssisələrində, universitetlərində, mədəniyyət qurumlarında birgə konfranslar, təqdimatlar, dəyirmi masaların keçirilməsi, habelə nəşr layihələrini müzakirə ediblər. Tərəflər ədəbiyyatımıza dair ortaq fəaliyyətlər, tədqiqatlar, tərcümələr, ədəbi məclislər, müsabiqələr, poeziya axşamlarının reallaşdırılması, Azərbaycan klassik ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində birgə layihələr həyata keçirəcək.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzmanla keçirilən görüşdə gələcəkdə əməkdaşlığa dair ortaq yol xəritəsi də müzakirə edilib.

Görüşdə Avrasiya Yazarlar Birliyinin təşəbbüsü ilə Şuşada keçirilməsi planlaşdırılan “Türk Dünyası Gənc Yazarlar Buluşması” adlı layihəsi haqqında da məlumat verilib.

Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycana dair nəşrlər, habelə son illər ədəbiyyatımıza dair Türkiyə Türkcəsində nəşr olunan kitabları Avrasiya Yazarlar Birliyinin kitabxanasına hədiyyə etmiş və sözügedən nəşrlərin sərgisi açılıb.

Seçilən
133
teleqraf.com

1Mənbələr