AZ

Ağdamda körpələrini xəstəxanalıq edən valideynlərlə bağlı SENSASİON TƏFƏRRÜAT ÖZƏL/FOTO

ain.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verildiyi kimi, Ağdamın Xındırıstan kəndində valideynlər öz övladlarına şiddət göstəriblər.Əqli qüsurlu olduğu deyilən ata və ana uaşqlardan birini döyərək ölümcül hala salıblar. Ciddi xəsarətlər almış uşaq xəstəxanaya yerləşdirilib və komadadır.

 

MÖVZU İLƏ BAĞLI:Ağdamda ata-ananın ölümcül hala saldıqları körpə KOMADADIR

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Ağdam rayon icra hakimiyyətinin Xındırıstan kənd icra nümayəndəsinin müavini Rəhman Xəlilov uşaqların xalasının da ruhi xəstə olduğunu deyib:“Onlara əlillik verilməyib, amma söhbət edəndə görürsən ki, əqli qüsurludurlar. Uşaqların xalası da ruhi xəstədir və ona əlillik də təyin olunub”.İcra nümayəndəsi atanın Ağdamın Qərvənd kəndindən olduğunu və usta köməkçisi işlədiyini bildirib:“İnsandılar, bir-birlərini bəyənib, ailə qurublar. Valideynləri yoxdur, tək yaşayırlar. Əqli qüsurlu olsalar da, bu vaxta qədər kənddə hər hansı problem yaratmayıblar”.

Qeyd edək ki, azyaşlılar dəfələrlə valideynləri tərəfindən fiziki şiddətə məruz qalıb. Hətta körpələrdən birinin fiziki zorakılığa məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub.

Həmin müraciət əsasında uşaq Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib. Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə verilməsinə qərar verib və uşaq anasının himayəsinə qaytarılıb.

Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
bizim.media

6Mənbələr