Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Avropa İttifaqı (Aİ) missiyasının Ukraynanın paytaxtı Kiyevdə yerləşən binası zədələnib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün "X" hesabında məlumat verib.
Andrey Sibiqa qeyd edib ki, bu hücum Vyana Konvensiyasının birbaşa pozulmasıdır.
"Biz Avropa İttifaqından həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və onlara yardım göstərməyə hazırıq", - deyə Ukraynanın xarici işlər naziri qeyd edib.