AZ

İnyaki Penya “Barselona”nı “Elçe”yə dəyişdi

İspaniya çempionu “Barselona”nın qapıçısı İnyaki Penya bundan sonra La Liqanın digər təmsilçisi “Elçe”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Elçe”nin rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 26 yaşlı ispaniyalı qapıçını 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.

Qeyd edək ki, Penya “Barselona”da Voyçex Şesnı, Mark-Andre ter Ştegen və Xoan Qarsiyadan sonra dördüncü qapıçı idi.

İnyaki Penya futbola “Vilyarreal”da başlasa da, “Barselona”nın yetirməsi hesab edilir. O, Kataloniya klubunun əsas komandasının heyətində 45 oyuna çıxıb, 64 qol buraxıb, 11 matçda qapısını toxunulmaz saxlayıb.

Penya 2022-ci ildə Türkiyənin “Qalatasaray” klubunda icarədə də olub.

İspaniyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynamasına baxmayaraq, Penyaya əsas millidə debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı qapıçının transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
69
arena.az

1Mənbələr