Sea Breeze

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) insan kapitalının inkişafı sahəsində nüfuzlu “Brandon Hall Group” “Human Capital Management Excellence” mükafatının qalibləri sırasında yer alıb.

BAKU.NEWS SOCAR-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində SOCAR-ın Baş Ofisinin İnsan Kapitalı və İnklüzivlik (İKİ) seqmenti tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar “Brandon Hall Group” tərəfindən elan edilmiş müxtəlif kateqoriyalar üzrə dörd müxtəlif kateqoriyada yüksək nəticə göstərib. Belə ki, SOCAR “Enerji Liderləri”, “Performans mədəniyyətinin aşılanması” layihələri və “Gənc İstedadlar” proqramı üzrə qızıl medallar, “HR AI chat-bot” layihəsi üzrə isə gümüş mükafat qazanıb.

Qeyd edək ki, “Brandon Hall Group” 30 ildən artıqdır ki, biznes, idarəetmə və insan kapitalının inkişafı sahələrində qabaqcıl şirkətlərin uğurlarını dəyərləndirir. Bu mükafatlar tətbiq edilən proqramların əməkdaşlara və şirkətlərə ölçülə bilən dəyər qazandırmaq bacarığına görə təqdim olunur.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX