ain.az, Fanat portalına istinadən məlumat verir.
Türkiyə klublarının UEFA Çempionlar Liqasına qatılma statistikası diqqət çəkib.
Fanat.Az xəbər verir ki, siyahıda ən çox iştirak edən komanda "Qalatasaray" olub. “Cim-Bom” indiyədək 18 dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb.
Qalatasaraydan sonra ikinci pillədə "Beşiktaş" qərarlaşıb – “qara qartallar” turnirdə 8 dəfə iştirak edib. "Fənərbağça" isə Çempionlar Liqasına 6 dəfə vəsiqə qazanıb.
Digər təmsilçilərdən "Trabzonspor", "Bursaspor" və "Başakşehir" isə hərəsi yalnız 1 dəfə bu turnirdə çıxış edə bilib.
Beləliklə, ümumilikdə 6 türk klubu indiyədək Çempionlar Liqasında iştirak imkanı əldə edib, amma heç biri hələ ki, Qalatasarayın rekorduna yaxınlaşa bilməyib.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.