"Qarabağ"ın uğuru Azərbaycan üçün nailiyyətdir".
Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiya yığmasına qarşı keçirəcəkləri görüşdən əvvəl mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis turnirə qələbə ilə start verəcəklərinə inanır: Santuş: "Başda Qurban Qurbanov olmaqla Qarabağı təbrik edirəm. Bu uğur Azərbaycan üçün nailiyyətdir. Avropada Azərbaycan haqqında danışacaqlar.
Qeyd edək ki, yığma sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna ilə üz-üzə gələcək.