Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonunun Saray qəsəbəsində çoxmənzilli yaşayış binaları tikdirəcək.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, agentlik qəsəbənin 4,5 ha torpaq sahəsində yerləşən 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün 27 milyon 349 min 902 manat vəsait xərcləməyi planlaşdırır.
Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarılır.