AZ

"Fənərbaxça" Mourinyonu istefaya göndərib » AzadMedia.az


"Fənərbaxça"nın baş məşqçisi Jose Mourinyo istefaya göndərilib.

Bu barədə klub açıqlama yayıb.

“2024-2025 mövsümündən klubumuzun baş məşqçisi olan Joze Mourinyo ilə yollarımızı ayırdıq”, - açıqlamada deyilir.

Qeyd edək ki, Mourinyonun rəhbərliyi altında "sarı-lacivərdlilər" 62 rəsmi matça çıxıb. Mourinyo bu görüşlərdə 37 qələbə, 14 heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.
Seçilən
121
7
azadmedia.az

8Mənbələr