AZ

Mourinyo istefaya göndərildi

“Fənərbaxça” baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"2024-2025 mövsümündən etibarən A komandamızın baş məşqçisi olan Joze Mourinyo ilə yollarımız ayrılmışdır. Bu günə qədər komandamız üçün göstərdiyi əməklərə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq" - deyə açıqlamada biıdirilib.

Mourinyonun müqaviləsi 2026-cı ilin yayında başa çatacaqdı. Müqavilə vaxtından əvvəl ləğv edildiyindən portuqaliyalı mütəxəssisə təzminat ödənilməlidir.

Türkiyə mediasının yazdığına görə, mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. İstanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya uduzaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, Mourinyo ötən ilin yayından "Fənərbaxça"ya baş məşqçilik edirdi.

Seçilən
2
27
xezerxeber.az

10Mənbələr